Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:25

Bakıda Martin MakDonax günləri keçirilir


«Gözəllik kraliçası»
«Gözəllik kraliçası»

-

Dövlət Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunları çərçivəsində repertuarında olan ən maraqlı Azərbaycan və dünya dramaturgiya nümunələrini şəhərin qonaqlarına, eləcə də yerli tamaşaçılara təqdim etməkdə davam edir.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, yaradıcı kollektiv iyunun 22-dən 24-dək dünya şöhrətli yazar, «Oskar» mükafatçısı Martin MakDonaxın «Lineynin trilogiyası»na daxil olan «Gözəllik kraliçası», «Konnemarada bir kəllə» və «Yalqız Qərb» tamaşalarını nümayiş etdirir.

Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və «British Council» Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanmış tamaşaların quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorlarıAyla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır.

Əcnəbi və yerli tamaşaçıların alqışları ilə müşayiət olunan tamaşalarda teatrın aktyorları, Əməkdar Artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Ramil Məmmədov, Anar Səfiyev, Vüsal Mehrəliyev iştirak edirlər.

«Yalqız Qərb» tamaşası ötən il Rusiyanın Perm şəhərində dünyada ilk dəfə keçirilmiş I Martin MakDonax Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək festivalın Fəxri diplomuna və Festival Prezidentinin xüsusi mükafatına layiq görülmüşdü.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında I Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyunun 29-dək davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG