Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:06

İlham Əliyev səfirləri yığdı


-

Prezident İlham Əliyev iyunun 22-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib.

Məlumatı president.az saytı yayıb.

Dövlət başçısı görüşdə çıxış edib: "Keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilmişdir. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilmişdir".

XS
SM
MD
LG