Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 15:54

«Bakubus» yenə adam vurdu


«Bakubus»

-

İyunun 22-də «Bakubus» MMC-nin avtobusu növbəti dəfə qəza törədib.

ANS-in məlumatına görə, bu dəfə hadisə metronun «Nizami» stansiyası yaxınlığında qeydə alınıb. «Iveco» markalı avtobus yol kənarında dayanan kişini vurub.

Ağır bədən xəsarətləri alan 50 yaşlı Üzeyir adlı kişi Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Araşdırma aparılır.

İyunun 11-də Avropa Oyunlarının «Atletlər kəndi»də də «Bakubus»a məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriya üzgüçülərinə xəsarət yetirmişdi.

XS
SM
MD
LG