Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:23

CANLI: Aksiyaçılar yenidən polislə üz-üzə


Yerevan, 23 iyun
Yerevan, 23 iyun

-

Yerevanda işıq pulunun qaldırılmasına etiraz edənlər yenidən Baqramyan xiyabanı ilə yürüşə çıxıblar.

Aksiya dağıdılandan bir neçə saat sonra onlar yenidən Azadlıq meydanına toplaşmağa başlayıblar və yenidən eyni xiyabanla yürüş edərək polislə üz-üzə gəliblər.

Polis kordonu onlara Prezident sarayına getməyə imkan vermir.

Yerevanın polis rəisinin müavini Valeri Osipyan elan edib ki, saxlanmış 250-dək aksiyaçı evə buraxılıb. O, aksiyaçıları dağılışmağa çağırıb.

Amma aksiya davam edir.

Xəsarət alan xeyli adam öz xahişi ilə xəstəxananı tərk edib və yenidən aksiyaya qoşulub.

Onlar aksiyanın təşkilatçısı “Talana yox” hərəkatının üzvləridir.

Ermənistandakı ABŞ səfirliyi bəyan edib ki, aksiyaçılara qarşı aşırı gücdən istifadə edilməsindən və polis bölmələrində zorakılıq edilməsi haqda xəbərlərdən narahatdır. Həmçinin aksiyanı işıqlandıran jurnalistlərin işinə əngəl yaradılmasından.

Səfirlik istəyir ki, hökumət polisin aşırı gücdən istifadə etməsi hallarını ətraflı araşdırsın.

Canlı yayımı izləmək üçün:

​Səhər aksiya dağıdılarkən 230-dan çox adam saxlanıb.

Yeni aksiyada çıxış edənlər polisin etirazçılara qarşı küc işlətmsini pisləyib və mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını bildiriblər.

Aksiyaçılardan biri çıxışında vətəndaşları itaətsizlik aksiyasına başlamağa və elektik haqqını ödəməməyə çağırıb.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları iyunun 19-dan başlayıb.

Aksiyaçılar elektrik enerjisinin avqustun 1-dən təxminən 7 dram, 16 faizbahalaşmasına etiraz edir və qərarın ləğv olunmasını tələb edirlər.

Ermənistanda mitinqlər başlandı
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG