Keçid linkləri

2025, 26 Dekabr, Cümə, Bakı vaxtı 13:57

AzadliqLive -"20 yanvarın təşkilatçısı" öldü

AzadliqLive-da iyunun 26-da bu və digər mövzuları müzakirə edirik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda insan haqlarının durumu müzakirə edilir.

13:01 26.6.2015

İlyas İsmaylov: Problem var, ancaq qarşı tərəfin marağı da var

Ilyas İsmaylov Dövlət Depratamentinin hesabatı haqda :“Məhkəmələrlə bağlı şübhəsiz böyük problemlərimiz var. Təəssüf ki, bizdə hələ məhkəmələr sərbəst, qanuna tabe deyill. Bu problem var və mənə elə gəlir ki, bunu inkar yolu ilə getməməliyik. Harada problem varsa, çalışıb onu aradan qaldırmalıyıq." Amma "Mən hesab edirəm ki, insan hüquqları ilə bağlı bütün dünyada, o cümlədən elə Amerikada da olduğu kimi bizdə də problem var. Amma dalbadal Azərbaycana təpki göstərilir, Azərbaycan tənqid olunur. Hesab edirəm ki, bu, bizə qarşı kampaniya xarakteri daşıyır”.

23:22 25.6.2015

Amerika Azərbaycanı sərt tənqid edir

ABŞ Dövlət Departamenti iyunun 25-də açıqladığı hesabatda İslam Dövləti (İD) yaraqlılarını, Rusiya, İran və Azərbaycan hökumətlərini insan haqları pozuntularına görə sərt tənqid edib.

21:06 25.6.2015

İyunun 25-də AzadlıqLive-da radioda bu mövzuları müzakirə etdik:

50 məktəbin 10-11-ci siniflərində informatika dərsi faktiki ləğv olunur. Halbuki dünyada məktəblilər arasında olimpiadada 5 fənn varsa, biri informatikadır

Abadlıq işlərini aparan 500 fəhlə maaş ala bilmir

Parlamentin 5 illik fəaliyyətinin dəyərləndirilməsi

Elektriklə işləyən avtomobillər üçün iki enerjidoldurma məntəqəsi quraşdırılıb, bəs maşınlar hanı?

18:27 25.6.2015

Etirazçılar baş nazirin çağırışına məhəl qoymur

Yerevanda Bagramian prospektində aksiya keçirənlər bildirirlər ki, baş nazir Abramianın çağırışı onlar üçün heç nədir. Bunu "Talana Yox" layihəsinin üzvü Shushanian AzadlıqRadiosunun erməni xidmətinə deyib. Baş nazir küçəni boşaltmağa çağırırdı.

Davamı

XS
SM
MD
LG