Kompüterinizi 5 dəqiqəliyə söndürün!
Nazirlik xəbərdarlıq edir ki, 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib. Ona görə 23:58-də kompüterləri 5 dəqiqəliyə söndürün!
Şagirdləri ən pis oxuyan 3 rayon: 1.Sabirabad...
TQDK test nəticələri əsasında şagirdləri ən pis oxuyan rayonlar müəyyən olunub. Modern.az yazır ki, həm Ana dili, həm də riyaziyyat fənnindən bu il məzunları ən aşağı nəticə göstərən rayon Sabirabaddır. Bu rayonun məktəblərində təhsil alan şagirdlərin 46,80 faizi Ana dilindən, 50,59 faizi isə riyaziyyatdan "2” alıb. İkinci yerdə Daşkəsəndir. Burda 11-ci sinif məzunlarının 43,82 faizi Ana dili, 49 faizi riyaziyyatdan "2” alıb. 3-cü yeri Ağcəbədi tutur. Ağcəbədidə məzunların 46,22 faizi riyaziyyatdan, 39 faizi Ana dilindən "2” alıb. Ətraflı burdan oxuyun
Paris-Vaşinqton qalmaqalı
Amerika səfiri Jane Hartley Fransa XİN-ə çağırılıb və ona bildirilib ki, rəsmi Paris "təhlükəsizliyə qarşı heç bir hərəkətə dözməyəcək".Bu günə keçən gecə WikiLeaks saytı məlumat yayıb ki, ABŞ 2006-2012-ci illərdə 3 Fransa prezidentini izləyirmiş. (AFP)
Polis rəisi jurnalistlərdən üzr istəyir
Ermənistan polisinin rəisi V.Gasparian etirazçıların dağıdılmasında zərərçəkən jurnalistlərdən üzr istəyib. O deyib ki, jurnalistlərə dəyən ziyan ödənəcək.Ancaq polis rəisi bildirir ki, səbrli olan polis paytaxtın əsas küçəsinin uzun müddətə tutulmasına da dözə bilməzdiu.