Yerevanda 237 adam saxlanıb
Yerevanda bir neçə min adam işığın 16 faiz bahalanmasına etiraz edirdi və prezident sarayına doğru irəliləyirdi. Ancaq onların qarşısını çevik polis alayı su şırnaqları ilə kəsdi. Aksiya dağıdıldı. 237 adam saxlanıb.
İslam Dövləti yaraqlılarının Ramazan qadağaları
İslam Dövləti yaraqlıları Ramazanda nərd oynamağı, dominonu da qadağan edib.Mosul qadınları iftara qədər evlərindən bayıra çıxa bilməzlər.
Çinli hakerlərin ABŞ-da görünməmiş casusluğu
Çinli hakerlər təqribən bir il ərzində ifşa olunmadan amerikalıların şəxsi məlumatlarını oğurlayıblar.«Bu, klassik casusluq hadisəsi olsa da, miqyasına görə tarixdə misli görünməmiş bir casusluqdur."- ABŞ-ın təhlükıəsizlik rəsmisi belə deyir.
Polşalı idmançını xilas edən azərbaycanlı gənc danışdı
Bakıda Avropa Oyunlarında polşalı idmançını yıxılmaqdan xilas edən azərbaycanlı gənc özü yığmanın üzvüdür. 19 yaşlı Elçin Əlibəyli Trend-ə bildirib ki, peşəkar idmançı olması və daha əvvəllər belə vəziyyətə düşməsi ona həmin anda dərhal reaksiya verməyə kömək edib:
“Beş yaşımdan akrobatika ilə məşğul oluram və milli komandanın üzvüyəm. Akrobatikada bəzən elə olur ki, həmkarım yıxıla, mən isə onu sığortalayaraq xilas edə bilərəm. Özüm belə vəziyyətlərə düşmüşəm, buna görə də belə asan reaksiya verə bildim”.