“Youtube”özünün yeni “Newswire” xəbər kanalını yaradır
Bu xəbər kanalında istifadəçilərin hadisə yerindən çəkdiyi videolar yerləşdiriləcək.Videonun məzmun keyfiyyətini “Storyful” redaktorları yoxlayacaq. “YouTube” hesab edir ki, son bir neçə il ərzində planetdə baş verən ən mühüm hadisələr istifadəçilər tərəfindən hadisə yerindən çəkilir, video Youtube-a qoyulur, videoları isə media istifadə edir.
Siyavuş Novruzovun sosial şəbəkə profilləri araşdırılır
Siyavuş Novruzov: “Sosial şəbəkələrdə mənim adımdan istifadə edilərək, açılan saxta profillərin kimlər tərəfindən yaradılmasının araşdırılması üçün müxtəlif instansiyalar iş aparır”. Deputatın adına Facebook-da bir neçə hesab var.
Taylor Swift Apple-i geri çəkilməyə məcbur etdi
Müğənni Apple-i tənqid etdi ki,"belə şirkət müğənninin pulunu həmişə verə bilməlidir", Apple bundan sonra ilkin qəraraını dəyişərək bildirdi ki, istifadəçilər üçün 3 aylıq pulsuz xidmət sınaq dövründə də AppleMusic burda səslənən mahnılara görə müğənnilərə haqq ödəyəcək.
Araz Ağalarov oğlu və qızı haqda:
“Qafqazinfo” xəbər verir ki, “Vedomosti”yə müsahibə verən Ağalarov oğlu Eminin boşanmağı haqda deyib: “Təəssüf edirəm ki, belə alındı. Onlar hər ikisi mehriban, pozitiv insanlardır."Ağalarov qızının Amerikada yaşamağı seçməsinə də münasibət bildirib. O, qızını təhsil almaq üçün bu ölkəyə göndərməsinə peşman olduğunu da gizlətməyib: “Nə etmək olar. Təəssüf ki, biz bəzən səhvlər edirik. Digər tərəfdən, bu onun seçimidir və yəqin ki, ona orada yaşamaq xoşdur. O Nyu-Yorkda yaşayır və deyir ki, “sizin ölkə qaranlıqdır”.