Bütün məhkəmələr təxirə salınır?
Bütün məhkəmələr qeiri müəyyən vaxtadək - iyulun 3-dən sonrayadək təxirə salınıb. Hakimlər Azadlıq Radiosuna qeyri rəsmi bildirirlər ki, təxirəsalma Avropa Oyunları ilə bağlıdır.
Kabilda partlayışda azı 6 adam ölüb
Əfqanıstanın parlament binası qarşısında partlayışlarda hücum edən 6 talibançının hamısı öldürülüb, 18 adam yaralanıb.
Daun sindromlu qızın arzusu gerçək oldu
Daun sindromlu qızın uşaqlıq arzusu gəlinlik paltarı geyməsi, toyunun olması idi, onun anasının xahişi ilə Bandırma Qazilər vəqfi Duyğu Kakıza xəyali toy məclisi düzəldib. Xəyalı toyda deyilib ki, bəy guya orduda xidmətdədir.
İşadamı asılmış vəziyyətdə tapıldı
İşadamı Məzahir Cəfərov iyunun 20-də Bakı şəhərində mənzilində asılmış vəziyyətdə tapılıb. «Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və sağalmaz xəstəliyə tutulmuşdu». Bunu ANS-ə Məzahir Cəfərovun qohumu, işadamı Hacı İbrahim Nehrəmli deyib.