Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:20

«Bu, Azərbaycanın imicinə zərbədir!»


Respublika Prokurorluğu müəllifə qarşı cinayət işi açıb
Respublika Prokurorluğu müəllifə qarşı cinayət işi açıb
Yazıçı Rafiq Tağının bu il noyabrın 1-də «Sənət» qəzetində çap olunmuş «Avropa və biz» adlı məqaləsindəki bəzi fikirlər narazılıq yaradıb. Müəllif yazısında «İsa peyğəmbərlə müqayisədə Məhəmməd peyğəmbəri müharibə fitvalarının atası, məhəl qoyulmayan adam» və sair kimi adlandırır ki, bu da dini dairələrdə müəyyən etirazlara səbəb olub. Hətta Respublika Prokurorluğu dini ayrı-seçkilik salmaq ittihamıyla müəllifə və sözügedən qəzetin baş redaktoru Samir Sədaqətoğluna qarşı cinayət işi açıb. Rafiq Tağı bu barədə «Azadlıq» radiosuna danışarkən məqaləsində təhqir olmadığını, sadəcə, bir az sərt ifadələr işlədildiyini dedi. O, söz və mətbuat azadlığını xatırladıb, cinayət işi başlanmasını Azərbaycanın imicinə zərbə hesab etsə də, Baş Prokurorluqda bu fikirlə razılaşmırlar. Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev hesab edir ki, Rafiq Tağı və Samir Sədaqətoğlu barəsində başlanan cinayət işi söz azadlığına zərbə kimi dəyərləndirilməməlidir. «KİV haqqında» qanunun 10-cu maddəsinə əsasən, mətbuatdan sui-istifadə yolverilməzdir və bunun pozulması müvafiq surətdə cinayət və digər məsuliyyətə səbəb olur.

«Məsələyə Mətbuat Şurasında baxılmalı, müzakirə olunmalı və qərar çıxarılmalıydı. Bu cür məsələlər prokurorluğun predmeti deyil»
Cənab Əliyev bildirir ki, məqalə ilə tanışlıqdan da aydın olur ki, müəllif İslam dininə və onun peyğəmbərinə qarşı çox təhqiramiz sözlər işlədib. Bu isə KİV-dən istifadə etməklə dini nifrət və düşmənçiliyin yayılmasına səbəb ola biləcək hərəkətlərə yol verməkdir. Vüqar Əliyev bildirir ki, yazıçının məqaləsində Cinayət Məcəlləsinin 283-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi– (dini nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlər) olduğundan cinayət işi başlanıb.


Noyabrın 10-da isə Bakının Nardaran qəsəbəsinin sakinləri həmin məqalədə yazılan fikirlərlə bağlı etiraz aksiyası keçirib, ciddi tədbirlər görülməsini tələb ediblər. Aksiya iştirakçıları hətta müəllifi ölümlə hədələyiblər.


Noyabrın 12-si və 13-də çap olunan bəzi qəzetlərdə də Rafiq Tağının məqaləsinə kəskin reaksiyalar var.


Mətbuat Şurasının üzvü, «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə hesab edir ki, bu məsələ ilə bağlı cinayət işi başlanması düzgün deyil. İlk növbədə, problemi din xadimləri, mətbuat mənsubları və sair mütəxəssislər araşdırmalı idilər: «Məsələyə Mətbuat Şurasında baxılmalı, müzakirə olunmalı və qərar çıxarılmalıydı. Bu cür məsələlər prokurorluğun predmeti deyil».


Cənab Əliyev hesab edir ki, müəllifin özü dəvət olunmaqla yığışıb hər şeyi konkret araşdırmaq lazımdır. Ümumiyyətlə isə belə məsələlər ictimai müzakirəyə çıxarılmalıdır. Onun fikrincə, cinayət işinin başlanması söz azadlığına və ümumiyyətlə, Azərbaycanın imicinə zərbədir.


O ki qaldı Rafiq Tağının ölümlə hədələnməsinə, Baş Prokurorluqdan Vüqar Əliyev deyir ki, məsələ qanunauyğun şəkildə həllini tapmalıdır. Hüquq-mühafizə orqanları belə fikirlər səsləndirən şəxslərə qarşı tədbirlər görüb və digər qanunazidd hərəkətlərin törədilməsinə də imkan verməyəcək.


Qafqaz Müsəlmanları İdarəsində də hesab edirlər ki, hər şey qanun çərçivəsində həll olunmalıdır. İdarənin Mətbuat Xidmətinin rəhbəri Hacı Akif Ağayev bildirir ki, onlar bu məsələ ilə bağlı artıq Səbail Rayon Məhkəməsinə müraciət ediblər.


Yazıçı Rafiq Tağının müxtəlif vaxtlarda Cəlil Məmmədquluzadə, Səməd Vurğun haqqında yazdığı məqalələr də cəmiyyətdə birmənalı qarşılanmayıb. Onun 2001-ci ildə yazdığı «İki Tağıyev İlqar» hekayəsində eks-prezident, mərhum Əbülfəz Elçibəy haqqında bəzi fikirləri isə kəskin reaksiyalara səbəb olmuşdu.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG