Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

II Avropa Oyunlarına 7 ölkə namizəddir


-

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin sayı 7-yə çatıb.
Bunu şənbə günü – Bakı Atıcılıq Mərkəzində jurnalistlərə Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hikcey deyib.

Dailymail-in məlumatında görə, Patrick bildirib ki, 7 namizəd ölkədən 2-si yenidir:

«İlk Avropa Oyunlarının açılışından 2 gün əvvəl Niderland hökuməti ikinci ev sahibliyindən imtina etdi. Niderland hökuməti bunu maliyyə məsələləri ilə izah etdi. Amma I Avropa Oyunlarının açılışından sonra ev sahibliyinə daha iki yeni ölkə namizədliyini sürdü. Bununla da namizəd ölkələrin sayı 7-yə çatdı».

Patrick Hikcey jurnalistlərin Türkiyən üstün şansları haqda sualını da cavablayıb:
«Mən deyə bilmərəm hansı namizəd ölkə II oyunları ev sahibliyi edəcək. Amma Türkiyənin belə böyük oyunları ev sahibliyi ilə bağlı yaxşı təcrübəsi var».

İyunun 10-da Niderland 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina etmişdi.

Hollandiya hökuməti bildirmişdi ki, bu oyunların təşkili üçün 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur.

XS
SM
MD
LG