Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 22:44

1000 qamçı: Çünki mən düşündüyümü deyirəm


Raif Badawi
Raif Badawi

-

Rauf Bədəvinin yazıları kitab oldu

Son illər dünya yazıçıları və jurnalistlərinin müdafiəsinə qalxdığı yazarlar arasında Rauf Bədəvinin (Raif Badawi) adı tez-tez görünür. O, Səudiyyə Ərəbistanından olan bloggerdir

"Free Saudi Liberals" bloqunda siyasət, din, liberalizm haqda fikirlərini bölüşdüyünə görə, 2012-ci ildə min qamçıya, on il həbs cəzasına və 1 milyon Səudiyyə riyalı (1 milyon ABŞ dollarına bərabərdir) məbləğində cərimə cəzalarına məhkum edilib.

Həmin ildən həbsdə olan Rauf Bədəviyə fikirlərini ifadə etdiyinə görə, 50 qamçı Əl-Disçafali məscidinin qarşısındakı meydanda artıq vurulub.

Şəriət qanunlarıyla idarə olunan avtoritar İslam ölkəsində o, söz azadlığı, insan və vətəndaş hüquqları, tolerantlıq, dövlətlə dinin ayrılma zərurəti kimi mövzularda yazılar yazıb.

"Greystone Books" nəşriyyatı bu günlərdə Rauf Bədəvinin yazılarından ibarət kitab nəşr etməkdədir, kitabın 15 avqustda satışa çıxacağı elan edilib.Kitab "1000 qamçı: Çünki mən düşündüyümü deyirəm" adlanır.

Oxu zalı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG