Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:24

Ev dəllalı həbsxanada, müştəri keçidlərdə yatır


Arxiv fotosu
Arxiv fotosu

-

9-cu mikrorayonda Mircəlal küçəsində yaşayırdım. Ata evim idi. Satıb həyət evinə köçmək istəyirdim. Dələduz maklerlərin əlinə düşdüm".

Famil Kərbəlayev "Qaynar xətt"ə danışır ki, bir dələduzluğun qurbanına çevrilərək isti ev-eşiyindən ayrı düşüb. Ata evi bir saxtakarlığın güdazına gedib və onun 4 ildən çoxdur nə yaşamağa daimi yeri, nə də qeydiyyatı var:

HAVADA QALAN ADAM

"Düzdür, sonralar eşitdim ki, həmin maklerləri başqalarına etdikləri dələduzluqlara görə tutublar, hazırda həbsxanadadırlar. Ancaq mənim evim də, pulum da əlimdən gedib. Vağzalda yük arabalarının üstündə yatırdım. Daha onu da yığışdırıblar.Mənim heç qeydiyyatım da yoxdur. Havadayam. Sabah başıma bir iş gəlsə, ya da bir cinayət törətsəm, məni necə tapacaqlar?"

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi deyir ki, bu yaxınlarda sosial xidmət haqqında qanun qəbul olunub. Qanunun əsas məqsədlərindən biri daimi yaşayış yeri olmayanların sosial təminatının yaxşılaşdırılmasıdır. Ancaq qanunun tətbiqi üçün hələ ki, mexanizm hazırlanmayıb.

ÇIXIŞ YOLU VARMI?

Hüquqşünas Fuad Hüseynov bildirir ki, Famil Kərbəlayev həmin nazirliyə müraciət edə bilər. Nazirlik belə şəxsləri siyahıya almaqla onların sosial vəziyyətlərinin yaxşılaşdırılması yönündə tədbirlər görməlidir:

"Əvvəllər tək ahılların dövlət qayğısı nəzərdə tutulurdu. Sonradan isə təkcə ahıllar yox, evi olmayanlar, məişət zorakılığının qurbanları, küçədə yaşayan uşaqlar, həbs müddəti bitmiş və yaşamağa evi olmayan keçmiş məhkumlar da nəzərdə tutulur. Mənzil Məcəlləsində isə xüsusitəyinatlı evlər deyilən bir bölmə var. Bu Məcəlləyə görə, sosial müdafiə məqsədləri üçün ayrılan evlər var. Yaxın vaxtlarda belə evlərin yaradılması nəzərdə tutulur".

Hüquqşünasın sözlərinə görə, vətəndaş hazırda küçədə yaşasa da, bu o demək deyil ki, qeydiyyatsız qalmalıdır.

Məsələn, "28 may" stansiyasının ətrafı Nəsimi rayon Polis İdarəsinin ərazisinə düşür. Nəsimi Rayon Polis İdarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsinə müraciət edib polisin inzibati binasının yerləşdiyi ünvana müvəqqəti qeydiyyata düşə bilər.

XS
SM
MD
LG