Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Moskva Film Festivalı qısaldıldı


Nikita Mixalkov
Nikita Mixalkov

-

Vəziyyət "ruscadır"

Bu gün 37-ci Moskva Beynəlxalq Film Festivalı başlanıb, 26 iyuna qədər davam edəcək.

Festivalın direktoru rejissor Nikita Mixalkov deyib ki, bu il festivalda hər ilkindən daha az film nümayiş olunacaq: “Bunun səbəbi Ukrayna məsələsinə görə, Rusiyada maliyyə vəziyyətinin pisləşməsidir”.

"The Hollwood Reporter" da Rusiyada rublun dollara nəzərən məzənnəsinin kəskin düşməsi nəticəsində festivalın həmişəkindən iki gün erkən bağlanacağını yazır.

Bu il Moskva Beynəlxalq Film Festivalının xüsusən seçdiyi filmlər arasında Rusiya, Fransa, Finlandiya, Yaponiya və Türkiyə filmləri var. Türkiyə festivalın müsabiqədən kənar hissəsində 10 filmlə təmsil olunacaq.

Festivalın müsabiqədən kənar hissəsində həmçinin Laura Poitras-ın ABŞ Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edward Snowden haqqında çəkdiyi sənədli film də göstəriləcək.

Festival italyanların “Özünü tək xilas edə bilməzsən” romantik məhəbbət filmi ilə bağlanacaq.

Oxu zalı

XS
SM
MD
LG