Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:19

Xanlar Hacıyevin yerinə adam axtarılır


Xanlar Hacıyev
Xanlar Hacıyev

-

Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edəcək yeni hakim vəzifəsinə seçkilərin Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyalarında keçiriləcəyi gözlənilir.

AŞPA katibliyindən apa-ya verilən məlumata görə, Azərbaycanın quruma göndərdiyi üç namizəddən ibarət ilk siyahı qəbul olunmadığı üçün yeni namizədlər siyahısı göndərilməli və namizədlər yenidən bütün prosedur qaydalarından keçməlidir.

Yeni hakim vəzifəsinə seçkilər AŞPA-nın növbəti sessiyalarından birində - payız və ya qış sessiyasında baş tutması gözlənir.

AİHM-nin azərbaycanlı hakimi Xanlar Hacıyevin səlahiyyətləri 2015-ci ilin oktyabrında sona çatır.

Ötən həftə AŞPA Komitəsi Azərbaycanın AİHM hakimliyinə irəli sürdüyü üç namizəddən ibarət siyahını təsdiqləməyib. Bunu namizədlərin kifayət qədər iş təcrübələrinin olmaması ilə izah edib. Siyahıya Azərbaycan hökumətinin Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışovanın adları daxil idi.

Assambleya Azərbaycan hökumətindən yeni siyahı hazırlayıb göndərməsini xahiş edib.

XS
SM
MD
LG