Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:24

"Məncə, Tanrı yoxdur. Niyə belə düşünürəm?"


Holy Trinity Kilsəsinin foyesi
Holy Trinity Kilsəsinin foyesi

-

Savadsız olmaq - sənin şəxsi problemin deyil

Divardakı elanlar - qeydlər lövhəsində yazılıb: “Həftənin birinci və dördüncü günləri riyaziyyat dərsləri, hər üçüncü gün aktyor sənəti dərsləri, hər beşinci gün dram, ifaçılıq, rəqs dərsləri…”

Sizcə, bu elan lövhəsi haradadır? Orta məktəb, ya da universitet divarında? Uşaq bağçasında? Yox. Bu elan lövhəsi - kilsədədir.

Qərb ölkələrində məktəb vaxtı hər hansı səbəbdən savad almamış adamlar üçün böyüyəndən sonra da bu imkan yaradılır. Onlar həm Böyüklər üçün pulsuz kolleclərə gedə və orda bazis səviyyəsində riyaziyyat, yazıb-oxumaq öyrənə bilərlər, həm də kilsələr təhsil xidməti göstərir.

Savadsız olmağın - sənin şəxsi problemin hesab olunmur.

Bu gün əksər kilsələrin foyesində bənzər elanlar-qeydlər lövhəsi var. Bu kurslardan başqa, hər bir kilsə həftədə bir dəfə iki saat müddətinə 3 yaşdan kiçik uşaqlar üçün birlikdə oynamaq imkanı yaradır.

Kilsənin əsas iri zalından skamyaları götürüb yerə oyuncaqlar qoyurlar, ərazidə yaşayan uşaqlar üçün ictimai həyat təşkil edirlər. Həftənin bir günü iki saat uşaqlara ayırdıqları kimi, həftənin bir gününü depressiyaya düşmüş insanlara, bir gününü işləmək istəyən, amma nə işləyəcəyini bilməyən qadınlar üçün seminara ayırırlar. Həftənin başqa bir gününü alkoqoldan asılılığı olanlar üçün “AA” deyilən görüşlər keçirirlər.

Bir sözlə, kilsə təkcə keçmişdən danışmır, dini rəvayətləri təbliğ eləmir, həm də dünyəvi məsələlərdə, cəmiyyətin həyatında konkret faydalı işlər görür.

Bizim dövlət məscidlərin saxlanmasına pul ayırdığı kimi, orda da dövlət kilsələri saxlamaq üçün pul ayırır. Kilsə də həmin pulu belə məqsədlər üçün istifadə edir.

Foyedə gəzib divardakı elanları, qeydləri, anonsları oxuyanda elə zənn edirsən ki, məktəb binasındasan.

Bu günlərdə isə İngiltərənin Holy Trinity Kilsəsi kilsə tarixində görünməmiş bir addım atıb. "Məncə, Tanrı yoxdur. Niyə belə düşünürəm?" mövzusunda yazı müsabiqəsi elan edib.

Müsabiqədə 17 yaşa qədər gənclər iştirak edə bilərlər. Kilsə bu müsabiqənin məqsədini belə izah edir payladığı vərəqələrdə: "Bizcə, Tanrı var. Bizcə, İsa Məsih sağdır. Sən əksini düşünürsənsə, cəsarətli ol, fikrini izah et." Mükafat olaraq, nə verilsə yaxşıdır? Kindle e-reader!

Oxu zalı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG