Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 03:22

Bakı AŞPA-da tənqidlərə hazırlaşır


Səməd Seyidov

-

«Avropa Şurası Parlament Assambleyasının iyunun 22-də başlayacaq sessiyasında «Azərbaycanda demokratik institutların fəaliyyəti» adı altında məruzənin dinlənilməsi və Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələrin planlaşdırılması baxımından bu sessiya bizim üçün daha əhəmiyyətlidir».

Bunu apa-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O, Azərbaycan nümayəndə heyətinin sessiyaya yeni fikir və təkliflər ilə getdiyini bəyan edib.

S.Seyidov sessiyada Azərbaycana qarşı qeyri-obyektiv tənqidlərin səslənməsinə hazırlaşdıqlarını bildirib:

«Bilirik ki, müxtəlif qüvvələr, xüsusilə də erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı həqiqətdən uzaq məlumatların yayılması ilə məşğuldurlar. Biz buna qarşı müxtəlif addımlar, çıxışlar hazırlayırıq».

Səməd Seyidovun dediyinə görə, Azərbaycanla bağlı hazırlanmış məruzənin ilkin variantı artıq ondadır və hazırda üzərində təhlil aparılır:

«Məruzədə xeyli tənqidi məqamlar var. Reallığı əks etdirən məqamlara təbii ki, normal yanaşmaq lazımdır. Amma o məqamlar ki, qeyri-obyektivdir, ikili standartlardan ibarətdir, onlara qarşı biz kəskin mövqeyimizi bildirəcəyik. Eyni zamanda, məruzədə çox vacib bir məsələ də var. Orada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqamlar mövcuddur. Bu məsələni biz dəstəkləyəcəyik ki, məruzə qəbul olunsa, bu fikirlər sənəddə qalsın. Amma biz bilirik ki, Ermənistan tərəfi yalanlar yayıb, hansısa məsələləri dəyişdirməyə cəhd edəcək. Ona görə bu məsələdə də işimizi möhkəm tutmuşuq».

XS
SM
MD
LG