Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

Havanın temperaturu yüksəlir


Foto illцstrasiya
Foto illцstrasiya

-

İyunun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova apa-ya açıqlamasında bildirib ki, gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-24 dərəcə isti olacaq.

Bölgələrdə də hava əsasən yağmursuz keçsə də, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 19-24, gündüz 33-38, dağlıq və dağətəyi rayonlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

XS
SM
MD
LG