Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 04:09

Avrozona ölkələrinin liderləri Yunanstanla bağlı təcili bir araya toplaşır


arxiv foto
arxiv foto

-


Avrozona ölkələrinin liderləri iyunun 22-də fövqəladə iclas keçirəcəklər. Məqsəd Yunanstan defoltunun qarşısını almağa cəhdlə bağlıdır.


Bundan öncə 19 ölkənin maliyyə nazirlərinin Lüksemburq görüşündə bir nəticə əldə olunmayıb. Tərəflər Yunanstana “islahatlar qarşılığında nəğd pul” - maliyyə yardımı proqramı ilə bağlı razılığa gələ bilməyiblər.


Artıq 12 gündən sonra Yunanstan Beynəlxalq Valyuta Fonduna əsaslı kredit ödənişini həyata keçirməlidir. Fondun rəhbəri Kristin Lagard bildirib ki, heç bir vaxt uzadılmasından söhbət gedə bilməz, defoltun elan olunacağını da istisna etməyib.


Avropa Mərkəzi Bankı bildirib ki, artıq iyunun 22-dən Yunanstanda banklar açılmaya bilər.


Reuters agentliyinin məlumatına görə, 15-17 iyun aralığında Yunanstanda əmanətçilər hesablarından təxminən 2 milyard avro geri çəkiblər. Bu məbləğ Avropa Mərkəzi Bankının bu həftə Yunanstan banklarına verməyə zamin olduğu məbləğdən iki dəfə çoxdur.


Ötən gün Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Yunanstan baş nazirini yalan məlumatlar yaymaqda ittiham edib. Söhbət onun ölkənin uzunmüddətli böhrandan çıxması üçün xarici kreditorlarla danışıqlar aparması ilə bağlı dediklərindən gedir.

XS
SM
MD
LG