Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Azərbaycanlı "Çarli Çaplin" Amerikanı heyrətə salıb [video]


-

Azərbaycan əsilli sirk ustası “America's got talent” yarışmasında münsifləri və tamaşaçıları heyrətə salıb.

Las-Veqas sakini 39 yaşlı Üzeyir Novruzov Rusiyanın Eysk şəhərində doğulub.

(Ardı aşağıda)

Uşaqlıqda musiqi məktəbinə gedib, daha sonra kulinariya təhsili alıb. Amma sirk nömrələri hazırlamaq kimi hobbisi də olub.

1995-ci ildə Moskvada sirk məktəbinə qəbul edilib. Daha sonra Moskvanın "Böyük sirk"inin üzvüyünə qəbul edilib.

2002-ci ildə ABŞ-a köçüb. "Big Apple Circus" sirkində çalışmağa başlayıb.

XS
SM
MD
LG