Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:24

Mövsüm Səmədov cərimə kamerasına salınıb


Mövsüm Səmədov
Mövsüm Səmədov

-

İslam Partiyasının sədri Mövsüm Səmədov 5 gündür cərimə kamerasına salınıb.

Bu haqda onun yaxınları məlumat verib.

Vəkil Anar Qasımlı isə bildirib ki, yaxın günlərdə Mövsüm Səmədovla görüşəcək. Vəkil Mövsüm Səmədovun nəyə görə cərimə kamerasına salındığını bilmir.

Penitensiar Xidmət İdarəsindən İslam Partiyası sədrinin «kars»a salınması haqqında məlumat vermədilər.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

İslam Partiyasının sədri Qobustan həbsxanasında saxlanılır.

XS
SM
MD
LG