“Rusiya ilə Ukrayna arasındakı münaqişə uzunmüddətlidir və rusiyalıların fikrini korrupsiya və bacarıqsızlıqdan yayındırmaq üçün Qərblə uydurulmuş münaqişənin tərkib hissəsidir”.
Bunu Vladimir Putinin qatı tənqidçilərindən olan Mikhail Khodorkovsky iyunun 17-də Vaşinqtonun beyin mərkəzi “Atlantika Şurası”nda çıxışında deyib.
Khodorkovsky bildirib ki, nəqədər ki, Vladimir Putin hakimiyyətdədir, Rusiya ilə real yaxınlaşma mümkün deyil, çünki, Rusiyada hər şey onun əlindədir.
Amma o qeyd edib ki, Putindən sonra Rusiyanı qərb yönümlü görür və ABŞ-la Qərb onu öz sıralarına qəbul etməyə hazır olmalıdır.
Khodorkovsky bildirib ki, amma hələlik Rusiya-Ukrayna münaqişəsi Şimali və Cənubi Koreyanın bölünməsi kimi uzun sürə bilər.
O bu münaqişənin dondurulmasının yeganə ağılabatan gözləti olduğunu vurğulayıb.
Khodorkovsky deyib ki, Vaşinqton Ukrayna münaqişəsi ilə məşğul olmalı, amma Ukraynaya silah verməməlidir.
Çünki rusiyalıların əksəriyyəti düşünür ki, artıq ABŞ-la Rusiya arasında münaqişə mövcuddur və əgər silah göndərilsə vəziyyət münaqişəyə doğru gedə bilər.
Khodorkovsky qeyd edib ki, belə bir sual yaranır: “ABŞ münaqişə və qələbəyə hazırdırmı ? Çünki əgər ABŞ buna hazır olmasa bu məğlubiyyət kimi qələmə veriləcək”-deyə o vurğulayıb.