Keçid linkləri

2026, 21 İyul, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Təhlükəsizlik xidmətinin şefi işdən çıxarıldı

Valentyn Nalyvaychenko
Valentyn Nalyvaychenko

Ukrayna parlamenti təhlükəsialik xidmətinin rəhbəri Valentyn Nalyvaichenkonun istefaya göndərilməsinə səs verib.

450 deputatdan 248-i onun işdən azad olunması ilə bağlı prezident Petro Poroshenkonun təklifini dəstəkləyib.

49 yaşlı nazir bu vəzifəyə Poroshenko 2014-cü ilin mayında prezident seçilməzdən 3 ay əvvəl təyin olunmuşdu və heç vaxt prezidentin tərəfdarı kimi görünməyib.

Ukrayna mətbuatının yazdığına görə Poroshenko bu yaxınlarda onu xarici kəşfiyyat idarəsinə rəis təyin etməyə cəhd göstərib.

Ukraynada çoxları ona prezidentliyə əsas namizəd kimi baxır.

This item is part of
XS
SM
MD
LG