Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

"Avropa Birliyindən çıxa bilərik"


Alexis Tsipras və Yanis Varoufakis
Alexis Tsipras və Yanis Varoufakis

-

Yunanıstanın 2 həftə vaxtı qalır.

Afina iki həftədən də az müddətə Beynəlxalq Valyuta Fondu ilə 1,5 milyard avroluq borc tranşı ilə bağlı razılıq əldə etməlidir.

Əks halda ölkə defoltla üzləşə bilər.

Avrozona ölkələrinin maliyyə nazirləri iyunun 18-də Lüksemburqda Yunanıstanın borc böhranını müzakirə edirlər.

Almaniyanın kansleri Angela Merkel görüş ərəfəsində deyib ki, Afina və Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu və Avropa Mərkəzi Bankı arasında razılaşmanı hələ də mümkün sayır.

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis bildirib ki, kreditçilərlə razılığa gəlmək Afinanın siyasi və mənəvi borcudur, amma Lüksemburq görüşündə çətin ki, təcili bir qərar qəbul olunsun.

Yunanıstanın mərkəzi bankı xəbərdarlıq edib ki, ölkə ağrılı defolta gedə, avrozona və Avropa Birliyindən çıxa bilər.

Borc verənlər Yunanıstandan ağırılı islahatlar, dövlət xərclərinin azaldılması və kütləvi ixtisarlar tələb edirlər.

XS
SM
MD
LG