Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:00

Qəzetçilərin aksiyası davam edir


Yalnız Qənimət Zahidov müddətsiz aclıq aksiyasını davam etdirir
Yalnız Qənimət Zahidov müddətsiz aclıq aksiyasını davam etdirir

«Azadlıq» qəzetinin və eləcə də başqa KİV-lərin Xaqani küçəsində yerləşdiyi binadan çıxarılmasına etiraz məqsədilə aclıq edən qəzet redaktorlarının sırasına noyabrın 13-dən daha iki nəfər qoşulub. Bunlar «Turan» İnformasiya Agentliyinin əməkdaşı Sarvan Rizvanov və «Bizim Yol» qəzetinin əməkdaşı Seymur Həziyevdir.


Noyabrın 9-dan müddətsiz aclığa başlayan «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov deyir ki, aksiya iştirakçılarının səhhəti normaldır. Yalnız həkim müayinəsi zamanı özünün təzyiqinin aşağı düşdüyü müəyyən olunub. Bununla belə, o aclığı dayandırmaq niyyətində deyil.


«Xaqani 33»-də yerləşən kütləvi informasiya vasitələrinin binadan çıxarılmasına etiraz olaraq dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun nümayəndələri aclığa başlamışdılar. Noyabrın 9-dan isə aksiyanı qəzetçilər davam etdirirlər. KİV nümayəndələri aksiyanı növbəli şəkildə davam etdirsələr də, yalnız Qənimət Zahidov müddətsiz aclığa başlayıb.


Redaktorlar Şurasının sonuncu toplantısında aclıq aksiyası ilə yanaşı bu həftə Prezident Aparatı, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Nazirlər Kabinetinin qarşısında piket keçirmək qərarı da qəbul olunub.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi «Azadlıq» qəzetinin yerləşdiyi binanı boşaldaraq onlara təhvil verməsi haqda İqtisad Məhkəməsində iddia qaldırıb. Komitə bunu qəzetin icarə haqqını ödəməməsi ilə izah edir. «Azadlıq» qəzeti və bu binada yerləşən digər KİV-lər isə bunu mətbuata təzyiq kimi qiymətləndirirlər.


XS
SM
MD
LG