-
ABŞ-ın Federal Ehtiyat Sistemi illik uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində qoruyub saxlayıb.
Amerika mərkəzi bankının rəhbərliyi ilə iyulun 17-də keçirilən iclasın yekun nəticəsi barədə press-relizdə belə deyilir.
FES-nin açıqlamasında o da bildirilir ki, cari ilin ilk rübündəki axsaqlıqdan sonra ABŞ iqtisadiyyatında inkişaf tempi və yeni iş yerlərinin açılmasında da irəliləyiş var. Bununla belə qeyd olunur ki, bu ilin sonunda işsizliyin səviyyəsi gözləniləndən daha yüksək, iqtisadi yüksəliş isə aşağı, təxminən 2 faiz ola bilər.
Maliyyə bazarı bu açıqlamanı belə şərh edib ki, amerika mərkəzi bankı kredit dərəcəsini artırmaqda tələsməyəcək.
Gözlənilir ki, ABŞ-da kreditin bahalaşması bir çox inkişaf etmiş ölkələrdə şirkətlərin kapitala çıxışını çətinləşdirə bilər. Bu səbəbdən son günlər Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Federal Ehtiyat Sistemini uçot dərəcəsini artırmağa çağırıb.