Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Rusiyaya qarşı sanksiyalar uzadılır


Foto arxiv
Foto arxiv

Avropa Birliyi ölkələri Brüsseldə Rusiyaya qarşı sanksiyaları daha 6 ay-gələn il yanvarın sonunadək, Krıma sərmayə qadağasının isə daha 1 il uzadılması barədə razılıq əldə ediblər.

Diplomatik mənbəələrdən verilən məlumata görə, 28 Avropa Birliy ölkəsinin səfirləri sənədin mətnində konsensus əldə ediblər.

Rusiya ilə bağlı qərarın xarici işlər nazirlərinin iyunun 22-də Lüksemburqda keçiriləcək toplantısında qəbul ediləcəyi gözlənilir.

Krımla bağlı tədbirlərin isə artıq iyunun 19-dan qüvvəyə minəcəyi gözlənilir.

Bu sanksiyalar ötən il Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Avropa Birliyi bəyan edib ki, bu sanksiyaların davamlılığı Ukraynanın şərqində atəşkəs rejiminə tam əməl edilməsindən aşlı olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG