Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Parisdə Ukrayna böhranı müzakirə olunacaq


Foto arxiv

Fransa, Almaniya, Ukrayna və Rusiyanın xarici işlər nazirləri iyunun 23-də Parisdə Ukraynanın şərqindəki böhranı müzakirə edəcəklər.

Fransanın xarici işlər naziri Laurent Fabiusiyunun 17-də bildirib ki, görüşdə əsasən bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl edilməsi müzakirə olunacaq.

Rusiyanın xarici işlər naziri Sergei Lavrovla Almaniyanın xarici işlər naziriFrank-Walter Steinmeier iyunun 17-də telefon söhbəti zamanı Ukraynanın şərqindəki hərbi əməliyyatlar, xüsusilə dəmülki obyektlərin atəşə tutulmasının təcili dayandırılmasının vacibliyini qeyd ediblər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.

XS
SM
MD
LG