Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:41

Luvrda Azərbaycan ruzigarı əsir


Sakit Məmmədov
Sakit Məmmədov

-

Luvrda iyunun 12-dən başlayan «Carrusel du Louvre» adlı beynəlxalq sərgidə tanınmış Azərbaycan rəssamı Sakit Məmmədovun və onun şagirdlərinin rəsmləri nümayiş etdirilir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə,Sakit Məmmədovun «Küskün mələk», «Miras», «Unison», «Təlxəklər istirahətdə» adlı rəsmləri, habelə şagirdlərinin maraqlı işləri, flaş formatında elektron kataloqlar, animasiya rəsmləri, 3D effektli filmlər tamaşaçılarda böyük maraq doğurub.

Xəbərdə vurğulanır ki, bu yaxınlarda Sakit Məmmədov Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçı ilə mükafatlandırılıb.

Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib.

O, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, «Vətən oğlu» qızıl medalının, «Dədə Qorqud» mükafatının, Leonardo da Vinci medalının, «Avropanın şərəfi» ordeninin, Rusiyanın nüfuzlu «Minilliyin adamı» mükafatının sahibidir.

Sakit Məmmədov Avropa Təbiət Elmləri Akademiyasının akademiki, Avropa Təbiət Elmləri Akademiyasının Böyük Qızıl Cəngavər ulduzuna da layiq görülüb.

XS
SM
MD
LG