Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 08:49

Putin narahat deyil


Vladimir Putin (sağda) Finlandiya prezidenti Sauli Niinisto ilə mətbuat konfransında

Rusiya prezidenti Vladimir Putin iyunun 16-da deyib ki, NATO-nun Şərqi Avropaya ağır texnika yerləşdirə biləcəyindən elə də narahat deyil

-

Rusiya prezidenti Vladimir Putin iyunun 16-da deyib ki, NATO-nun Şərqi Avropaya ağır texnika yerləşdirə biləcəyindən elə də narahat deyil.

Putin Finlandiya prezidenti ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib:

“Əlbəttə, hər şeyi təhlil edəcəyik, bu məsələni diqqətlə izləyəcəyik. İndilik bizi xüsusi narahat edəcək bir şey görmürəm”.

Rusiya lideri daha öncə bildirmişdi ki, ölkənin nüvə arsenalını artıracaq, bu il daha 40 qitələrarası ballistik raket alacaq. Putin mətbuat konfransında söyləyib ki, Rusiya ancaq özünü müdafiə etməkdə maraqlıdır.

“Sərhədlərimizə yaxınlaşan NATO-dur, biz heç hara getmirik. Kimsə ərazilərimizin bir hissəsinə təhlükə yaradarsa, bu, o deməkdir ki, silahlı qüvvələrimizi həmin əraziyə, təhlükənin gəldiyi yerə tuşlamalı olacağıq. ”

Putin qeyd edib ki, Rusiya Avropada raketdən müdafiə sisteminin qurulmasını hədəfləyən üçün uzunmüddətli NATO layihəsindən daha çox narahatdır. Moskva bir neçə dəfə həmin layihəyə qarşı çıxdığını bəyan edib.

XS
SM
MD
LG