Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 02:24

Avropa Oyunlarında 18 min tələbə iştirak edir


Bakı-2015

-

Azərbaycanın ali məktəb və kolleclərinin 17 min 859 tələbəsi «Bakı-2015» I Avropa Oyunlarında könüllü kimi iştirak edir.

Təhsil Nazirliyindən apa-ya verilən məlumata görə, onlardan 5 min 612 nəfər, I Avropa Oyunlarının açılış mərasimində olduğu kimi, bağlanış mərasimində də iştirak edəcəklər.

12 min 247 nəfər əməliyyat könüllüsü isə Avropa Oyunları ilə bağlı başqa tədbirlərə dəstək verir.

Nazirlikdən bildiriblər ki, bu ilin martından hərəkatda SABAH-ın könüllüləri də yaxından iştirak edib. «SABAH-ın könüllüsü» proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin «Bakı-2015» I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə interaktiv üslubda «SABAHFest» adlı festival keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG