-
«Youtube Twitch» xidmətinə rəqib olacaq oyun kanalını- «Youtube Gaming»i istifadəyə verəcək.
Bu barədə «Youtube»un rəsmi bloqunda məlumat verilir.
«Youtube Gaming» qeymerlər üçün nəzərdə tutulub. Məqsəd bütün oyun həvəskarlarını birləşdirəcək bir internet mühiti yaratmaqdır.
İstifadəçilər kanala üzv olduqdan sonra canlı yayımlar vaxtı bildiriş alacaqlar.
«Youtube» bildirir ki, 25 mindən çox oyununun hərəsinin öz səhifəsi olacaq.
Canlı yayımları «Youtube» videosuna çevirmək də mümkün olacaq.
«Youtube Gaming» bu yay ABŞ və Böyük Britaniyadan başlayaraq təqdim olunacaq.
Xidmət və onun özəllikləri haqqında daha ətraflı 16-18 iyun tarixində keçiriləcək «E3 2015» sərgisində məlumat veriləcək.