Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:52

İkinci Avropa Oyunları olacaqmı?


Almaniya idmançıları Avropa Oyunlarının açılış mərasimində - 12 iyun 2015
Almaniya idmançıları Avropa Oyunlarının açılış mərasimində - 12 iyun 2015

-

«The Huffington Post»da Gordon Bryan yazır ki, Avropa Oyunlarının açılış mərasiminə Youtube-da baxıb. Belə ki, yaşadığı Böyük Britaniyada həmin tədbir bircə kanalda yayımlanıb və müəllifin evində də həmin kanal olmayıb.

«BBC bu tədbir barədə əməlli-başlı susurdu, elə bil yadlarından çıxmışdı. Çap mediasına gəldikdə, tabloidlər ertəsi gün də bu haqda heç nə yazmayıb. Sözün həqiqi mənasında, demək olar ki, heç nə. Belə böyük bir tədbir niyə yetərincə işıqlandırılmasın, niyə həyəcanla izlənməsin? 2019-cu ildə növbəti oyunlara niyə təhlükə var?».

Müəllif işıqlandırmanın zəifliyini ölkədə insan haqları və mətbuatın durumuna bağlayır.

«Azərbaycanın insan haqları sahəsində nüfuzu yaxşı deyil. Tənqid edənlər, meydan oxuyanlar həbsə atılırlar. Jurnalistlər də bu siyahıya daxildir. Jurnalistlər də həbs olunanda, yaxud ölkəyə buraxılmayanda, məhz həmin hadisə mətbuatda işıqlandırılır. Tədbirin özünü təbliğ etmək iştahası isə ciddi azalır».

Gordon Bryan daha sonra bu tədbirin əzəmətindən yazır, «söhbət məktəb idmanından getmir». Problem ondadır ki, üzgüçülük və atletika sahəsində təsnifat mərhələsi kimi Avropa Oyunlarına ehtiyac yoxdur, ona görə də bəzi elit atletlər bu yarışmaya axışmayıb.

«Avropa Olimpiya Komitəsinin rəhbəri Patrick Hickey deyib ki, ölkəyə buraxılmayan jurnalistlərlə bağlı heç nə edə bilməz, çünki buna səlahiyyəti çatmır. Amma yox, onların səlahiyyəti var», - yazan jurnalist qeyd edir ki, Beynəlxalq Olimpiya Komitəsi Olimpiya tədbirlərində kifayət qədər səlahiyyətlidir. Bu tədbir də BOK-un çətiri altında keçirilir. Təşkilat Komitəsinin rəhbəri Azərbaycanın Birinci ledisidir. Yəni jurnalistləri ölkəyə buraxmaq istəsəydilər, bunu bacarardılar. Başqa söz danışmaq bir az səfeh səslənir».

Patrick Hickey
Patrick Hickey

«Məncə, daha bir məsələ bu tədbirə ev sahibliyinin Azərbaycandan «xahiş olunması»dır. Yəni başqa iddiaçı olmayıb. Bu da Azərbaycana hansı tələblərə boyun əymək yönündə azadlıq verir», - yazan müəllif Niderlandın ikinci Avropa Oyunlarından imtinası yada salır. Patrick Hickey deyib ki, başqa ev sahibi tapılacaq və 2019-cu ildəki tədbir sual altına düşməyəcək.

HICKEY: «AVROPA OYUNLARININ İLK GÜNLƏRİ HEYRƏTAMİZ KEÇİB»

Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Patrick Hickey deyib ki, ilk Avropa Oyunlarının ilk günləri «heyrətamiz» keçib. Xəbəri «Reuters» agentliyi yayıb.

Hickey bazar ertəsi yaydığı bəyanatda deyib ki, «yarışmanın ilk iki gününün gedişindən tamamilə razıdır. Cümə günü qeyri-adi açılış mərasiminə baxdıq, sonrakı günlərin idman yarışları da eyni təəssüratı yaradıb».

«Ev sahibi Azərbaycanın bu cür davam etməsini görmək çox yaxşıdır. Avropanın hər yerindən atletlər Bakıya gəlib. Onlar ilk Avropa Oyunlarının çempionu olmağa qərarlıdır. Eyni zamanda dostluq və hörmət əhvalında yarışırlar».

ERDOĞAN «AK TROL»UN TOYUNA QATILIR

Türkiyə prezidenti Recep Tayyip Erdoğan hökumətyönümlü sosial media trolunun toyuna qatılıb, tanınmış cinayət şübhəlisi ilə söhbətləşdiyi yerdə fotosu da yayılıb. Bu barədə hurriyetdailynews.com yazıb.

Taha Ün-ün «twitter»də 66 min izləyicisi var. O, iyunun 13-də Türkiyə prezidentinin həyat yoldaşı Emine Erdoğan-ın administrasiya rəhbəri ilə evlənib.

Taha Ün-ün toy mərasimi - 13 iyun 2015
Taha Ün-ün toy mərasimi - 13 iyun 2015

Ün-ün «twitter» ləqəbi «Sağlam İrade»dir, bu, Erdoğan-ın kampaniya şüarlarından biridir. Ün «twitter»də qonaqlarına – Erdoğan-a, baş nazir Ahmet Davutoğlu-na, keçmiş prezident Abdullah Gül-ə təşəkkür edib. Onun «çox sağ ol» dediyi Sedat Peker isə ölkənin hüquq-mühafizə orqanları tərəfindən cinayətkar bandanın lideri olmaqda ittiham olunur.

Peker bir gün öncə Özge Yılmaz-la evlənib. Yılmaz «Ergenekon» işində onu müdafiə edib.

Jurnalistlər Ün-ün toyuna buraxılmayıb. Ancaq sonradan yayılmış fotoda Erdoğan Peker-lə söhbətləşən yerdə görünür. Humanitar Yardım Fondunun (İHH) rəhbəri Bülent Yıldırım da onlara qoşulur.

Ün əvvəllər nifrət çıxışında ittiham olunub. O, hakim Ədalət və İnkişaf Partiyasını sosial mediada canfəşanlıqla dəstəkləyib. «Ak trolları» kimi ad çıxarmış komandanın üzvü olan Ün «twitter»də yazmışdı ki, qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə «ünsiyyətin ən yaxşı yolu» qəssab bıçağıdır.

Ötən ay AKP trollarını «daimi kadr ordusu»yla ilə əvəzlədiyini elan edib. Partiya iyunun 7-də parlament çoxluğunu itirəndən sonra hökumətyönümlü bir ekspert bu uğursuzluğa görə məhz AKP-ni sosial media trollarını ittiham edib.

XS
SM
MD
LG