Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:55

Qızıl Ordu xoru Türkiyədə


-

Qızıl Ordu xoru "Şıkıdım" mahnısını oxuyub

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi xoru olan Qızıl Ordu xoru bu həftə Türkiyədə çıxış edib.

"Daily Sabah" xəbər verir ki, onlar İstanbulun Zorlu Sənət Mərkəzində və Ankara Konqresiumunda Tarkanın “Şıkıdım", Barış Mançonun “Genç Osman" mahnılarını, həmçinin Motsart and Verdinin operalarını ifa ediblər.

Qızıl Ordu xoru Sovet dövründə - 1939-cu ildə "Sovet dövlətini qoruyub yaşatmaq" üçün yaradılıb, məqsəd Oktyabr İnqilabı əhval-ruhiyyəsini yaddan çıxmağa qoymamaq, bu ruhda mahnılar oxumaq idi.

70 il boyunca belə də olub. 1980-ci illərin sonlarında isə Qızıl Ordu xoru öz repertuarını yeniləyib.

Ansambl kişi xorundan, orkestrdən və rəqs qrupundan ibarətdir.

Oxu zalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG