Azərbaycanın I Avropa Oyunlarındakı növbəti medalı güləşdən gəldi.
55 kiloqram çəki dərəcəsində Azərbaycanın qadın güləşçisi Natalya Sinişin bürünc medal qazanıb.
29 yaşlı milliləşdirilmiş güləşçinin finalda rəqibi almaniyalı Tatyana Kit olub.
Görüş 10-0 hesabı ilə başa çatıb.
Bununla da Azərbaycan idmançıları medallarının ümumi sayını 16-ya çatdırıb: 7 qızıl, 2 gümüş, 7 bürünc...