Keçid linkləri

2026, 13 Sentyabr, bazar, Bakı vaxtı 12:07

Macarıstan parlamentinin sədri Bakıya gəlir

Macarıstan parlamenti
Macarıstan parlamenti

Macarıstan parlamentinin sədri, hakim FİDES partiyasının liderlərindən olan Laslo Köverin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-da Azərbaycana səfərə gəlir.

Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işgüzar xarakterli səfər çərçivəsində Milli Məclis və Hökumətdə bir sıra görüşlər nəzərdə tutulur.

Səfərdə digər məqsəd isə I Avropa Oyunlarının gedişi ilə tanış olmaqdır.

Səfər çərçivəsində L. Köver macarıstanlı idmançılara da baş çəkəcək.

Səfər iyunun 21-dək davam edəcək.

This item is part of
XS
SM
MD
LG