Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:34

Lady Gaga Bakıda «əsl demokratiya» istəmədi [video]


Lady Gaga
Lady Gaga

-

Lady Gaga Bakıda – ilk Avropa Oyunlarının açılışında John Lennon-un «Imagine» – «Təsəvvür et» mahnısını oxuyub. Dünyada insanları sülhə, bərabərliyə, birliyə çağıran həmin mahnının sözləri Azərbaycanca belə səslənir:

TƏSƏVVÜR ELƏ...

Təsəvvür elə ki, cənnət yoxdur,
Cəhd eləsən bu asandır.
Bizdən aşağıda cəhənnəm yoxdur
Bizdən yuxarıda - göydə isə yalnız səma var
Təsəvvür elə bütün insanlar
Bu gün üçün yaşayır.

Təsəvvür elə ki, dünyada ölkələr yoxdur
Bunu etmək elə də çətin deyil.
İnsanlar nələrinsə uğrunda ölmür və öldürmürlər
Həmçinin, dinlər də yoxdur
Təsəvvür elə ki, bütün insanlar
Həyatlarını sülh içində yaşayırlar.

Sən...

Sən deyə bilərsən ki, mən xəyalpərsətəm
Amma bu cür düşünən tək mən deyiləm
Bir gün sənin də bizə qoşulacağına ümid edirəm
Və bütün dünya bir olacaq

Təsəvvür elə ki, var-dövlət yoxdur
Maraqlıdır bunu təsəvvür edə bilərsənmi
Acgözlüyə və aclığa da ehtiyac yoxdur
Bütün insanlar qardaş kimi olsalar
Təsəvvür elə, bütün insanları,
Dünyanı bölüşürlər...

Sən
Sən deyə bilərsən ki, mən xəyalpərsətəm
Amma bu cür düşünən tək mən deyiləm
Bir gün sənin də bizə qoşulacağına ümid edirəm
Və bütün dünya bir olacaq​

​Lady Gaga Bakıda mahnını orijinaldakı sözləri ilə oxuyub. Bundan əvvəlki konsertlərində və çıxışlarında mahnının sözlərinə bəzi əlavələr də etmişdi. Həmin əlavə demokratiya və bərabərlik haqda idi.

Ölkəmin insanları,

Eşidirsiniz?

Bu bərabər deyil, bəzən olursa

Mən əsl demokratiya istəyirəm

Bütün insanları təsəvvür elə

Bərabər sevməyi bacaran bütün insanları...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG