Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 21:44

Avropa Oyunları muzeyi yaradılacaq

Bakı Olimpiya Stadionu
Bakı Olimpiya Stadionu

-

Bakı Olimpiya Stadionunda Avropa Oyunları muzeyi yaradılacaq. Bu barədə gənclər və idman naziri Azad Rəhimov Trend-ə açıqlama verib.

Nazir bildirib ki, muzeyin açılışı I Avropa Oyunları başa çatdıqdan sonra olacaq:

«Muzey əsasən açılış mərasimində istifadə edilən müxtəlif paltarlar və digər əşyalardan təşkil olunacaq. Avropa Oyunlarına həsr edilən ayrıca muzey olmayacaq. Lakin Olimpiya muzeyinin inşası başlayıb ki, ölkənin bütün idman tarixi burada əks olunacaq».

This item is part of
XS
SM
MD
LG