Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 02:25

Kometaya göndərilən aparat oyanıb


Foto arxiv

Kometanın səthinə düşən “File” aparatı 7 aylıq yuxudan ayılaraq yerlə əlaqəyə girib.

Bu barədə Avropanın kosmik agentliyi məlumat yayıb.

Zond ötən ilin noyabrında Kometanın buzlu səthinə düşüb və bundan sonra 60 saat ərzində yerə məlumatlar göndərib.

Amma batareyası qurtardığına görə, fəaliyyətini dayandırmalı olmuşdu.

Alimlər ümid edirdi ki, Kometa günəşə yaxınlaşanda aparat lazımınca enerji yığacaq və yenidən işə düşəcək.

Belə də oldu, aparat iyunun 13-də oyanaraq yerə siqnal göndərib.

“File” zondu Kometaya düşən ilk kosmik aparatdır.

XS
SM
MD
LG