Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 03:26

-

Heydər Əliyev Mərkəzində İspaniyanın «Flamenko» qrupu tamaşaçılara məşhur «Karmen» əsərini yeni quruluşda - caz, ərəb musiqisi elementləri, salsa və flamenko rəqsinin sintezi ilə təqdim edib.

Mərkəzin yaydığı xəbərə görə, fransız yazıçı Prosper Mérimée-nin və bəstəkar Georges Bizet-in «Karmen» operası əsasında səhnələşdirilmiş şou Antonio Andrade və onun qrupu tərəfindən müasir flamenko ruhunda hazırlanıb.

İki saatadək davam edən flamenko gecəsində izləyicilərə möhtəşəm vokal ifa və rəqs performansları təqdim olunub.

Şouda Karmen obrazını Malaqa şəhərindən olan rəqqasə və xoreoqraf Ursula Moreno yaradıb. Nadir ifa texnikası, təkrarolunmaz plastikası və yüksək aktyorluq qabiliyyətinə görə onu «müasir flamenkonun ümidi» adlandırırlar.

Xəbərdə vurğulanır ki, qrupun prodüseri Xavier Andrade jurnalistlərə müsahibəsində dünyanın müxtəlif ölkələrində uğurla nümayiş etdirilən və tamaşaçıların sevgisini qazanan «Karmen» şousunu Bakıda, Heydər Əliyev Mərkəzində təqdim etmələrindən məmnun olduqlarını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG