Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 06:07

Azərbaycan daha bir bürünc medal qazandı

Azərbaycan triatlonçusu Rostislav Pevtsov
Azərbaycan triatlonçusu Rostislav Pevtsov

-

I Avropa Oyunlarında iyunun 14-də Azərbaycan idmançıları daha bir medal qazanıb.

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Bilgəh çimərliyində keçirlən yarışı 3-cü pillədə bitirərək bürünc medal əldə edib.

O, məsafəni 1 saat 49 dəqiqə 4 saniyəyə qət edib.

Azərbaycanın Digər triatlonçusu Aleksandr Yatçenko ümumiyyətlə finişə çatmayıb. Bununla da Azərbaycan idmançılarının medallarının ümumi sayı 8-ə çatdı.

Bunlardan 3-ü qızıl,1-i gümüş, 4-ü isə bürüncdür. Axşam saatlarında Azərbaycanın 2 güləşçisi qızıl, bir güləşçisi isə bürünc medal uğrunda mübarizə aparacaq.

This item is part of
XS
SM
MD
LG