-
"Ev yiyəsinə ballada" şeiri
Langston Hughes (1902–1967) Amerikan proletar şairi, romançısı, aktivisti və publisisti olub.
Onun “Ev yiyəsinə ballada” şeiri "Tenant-Art"-a (kirayənişinin yaratdığı sənət) ilham verib.
Kirayənişin olmaq - bu müvəqqətilik, keçicilik, getməklə qalmaq arası, "hər şey sənindir, amma heç nə sənin deyil" - sənət üçün yaxşı mövzu verir. Azərbaycanda da həmin problemi yaşayan çoxdur.
Amma bu şeirdəki konkretlik Azərbaycan ədəbiyyatı üçün demək olar ki, yaddır.
Şeirlərdə arxasında predmet dayanan sözlərə (ev sahibi) yox, arxasında predmet dayanmayan mücərrəd sözlərə üstünlük verilir. Odur ki, aşağıdakı kimi konkret səhnələr yaradan şeirlər xüsusilə maraq doğurur.
Ev yiyəsi, ay ev yiyəsi,
damımız damır.
yadınızda deyilmi demişdim sizə
keçən həftə?
Ev yiyəsi, ay ev yiyəsi,
bu pillələr sınıb tökülür
Gələn dəfə özünüz çıxanda
yıxılıla bilərsiniz.
Dediniz on dollar borcluyam sizə?
On dollar?
Verən deyiləm
bu evi düzəltməsəniz.
Necə? Çıxaracaqsız məni burdan?
İstiliyi kəsəcəksiz?
Mebelimi aparıb
Küçəyə atacaqsız?
Pah! Çox yuxarıdan danışırsız, çox da iddialı
Danışın, danışın,
bura gələndə göstərərəm
Ağzınızı da aça bilməyəcəksiz
yumruğumu qoysam
Polis! Polis!
Gəlin tutun bu adamı!
O, hökuməti yıxmağa
Ölkəni çevirməyə çalışır!
Fıştırıq!
Miqalka!
Həbs.
Polis idarəsi
Dəmir kamera
Qəzetlərdə xəbərlər:
Kişi ev sahibini hədələdi
İcarədar girov qoya bilmədi
Hakim zəncini 90 günlük içəri göndərdi.