-
İyunun 14-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə güclü yağış olub. Yerli telekanalların xəbərinə görə, ölənlərin sayı 11-ə çatıb. 10-a yaxın adam isə itkin düşmüş sayılır.
Gürcüstanın baş naziri İrakli Garibashvilinin tapşırığı ilə fövqəladə qərargah yaradılıb. Qərargah fəlakətin qarşısının alınmasına və xəsarət alanlara yardım göstərəcək.
Şəhərin mərkəzi zooparkının ifrastrukturu tamamilə dağılıb. Şəhərə qaçan vəhşi heyvanların bəziləri öldürülüb, bəzilərini geri qaytarmaq mümkün olub.
Bir neçə şir və pələngin axtarışları isə hələ davam edir. Hökumət insanları bayıra çıxmamağa çağırıb.
Zooparkdan 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb.
Zooparkın ətrafında iki nəfərin meyiti tapılıb.
Avstriyada rəsmi səfərdə olan müdafiə naziri Tinatin Xidaşeli əhalini sakit olmağa çağırıb.