-
«Biz münaqişənin tam həllinə inanırıq. Biz istəyirik ki, məcburi köçkünlər evlərinə - Zəngilana qayıtsınlar. Biz həmsədrlər kimi bunun tez bir zamanda baş verməsi üçün hər şeyi edirik. Ancaq çox şey Azərbaycan və Ermənistan prezidentlərindən və tərəflərin siyasi iradəsindən asılıdır”.
Bunu iyunun 14-də amerikalı həmsədr James Warlick ATƏT-in Minsk qrupunun həmsədrlərinin Abşeronda Zəngilandan olan məcburi köçkünlərlə görüşündə deyib.
Warlick onu da deyib ki, “biz ümid edirik ki, Zəngilandan olan insanlar doğma yurd-yuvalarına qayıda və ermnənilərlə birgə yaşaya biləcəklər. Azərbaycan və Ermənistandakı valideynlər və müəllimlər uşaqları sülhə çağırmalıdırlar”.