-
İyunun 13-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Recep Tayyip Erdoğan Bakıda danışıqlar aparıblar. Söhbət qapalı rejimdə keçirilib.
Görüşqabağı liderlər birinci Avropa Oyunlarının açılışı ilə bağlı təəssüratlarını bölüşüblər.
Erdoğan qeyd edib ki, Avropa İttifaqı ölkələri liderlərindən heç kim tədbirə gəlməyib. «Aİ üzvlüyünə namizəd kimi Türkiyə bütün Avropa İttifaqını təmsil edib», - Erdoğan vurğulayıb və Putin bu fikri təbəssümlə təsdiqləyib.
Putin və Erdoğan mərasimin yaxşı hazırlandığını qeyd ediblər, öz ölkələrinin və Oyunların sahibi – Azərbaycan komandalarına uğurlar arzulayıblar.
Bakıya səfərdə Putin-i energetika naziri Alexander Novak, xarici işlər naziri Sergei Lavrov, Rusiya Federal Atom Enerjisi Agentliyinin başçısı Sergei Kiriyenko və «Gazprom»un rəhbəri Aleksei Miller müşayiət edir.