Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:31

Yeni rus tankını bazarda çətin sınaq gözləyir


T-14 «Armata»
T-14 «Armata»

-

Rusiyanın T-14 «Armata» adlı yeni supertankı döyüşün ilk nəfəsini hiss edir. Amma hələ ki qlobal bazarda. Özünün virtual rəqibi - Çinin VT-4 və Ukraynanın «BM Oplot» tanklarına qarşı.

Rusiyanın 15 mindən çox tankı var. Bu, başqa ölkələrdəkindən çoxdur. Lakin həmin tankların əksəriyyəti köhnə T-72 və T-80 tanklarıdır. Şərqi Ukraynada üsyançıların məhz bu tanklarla təchiz edildiyi düşünülür. Təkcə ona görə yox ki, Rusiyanın bu köhnə tanklara artıq o qədər də ehtiyacı yoxdur. Həm də ona görə ki, onlar ölüm tələsi hesab olunur. Birbaşa qülləsinə tuş gələn zərbə bütün ekipajın ölümünə səbəb olur.

«ARMATA» - İNSANSIZ İDARƏ OLUNAN QÜLLƏ VƏ EKİPAJ ÜÇÜN AYRICA KAPSUL

Prezident Vladimir Putin-in hakimiyyəti dövründə ordunun peşəkarlaşdırılmasına başlandıqdan sonra ekipajın təhlükəsizliyi prioritet məsələyə çevrildi. Ötən ay böyük təmtəraqla təqdimatı keçirilmiş «Armata» bu baxımdan radikal dəyişiklik təklif edir: insansız idarə olunan qüllə və tankın içində ekipaj üçün ayrıca kapsul.

ABŞ-ın «M1 Abrams», Britaniyanın «Challenger», Fransanın «Leclerc» və Almaniyanın «Leopard 2» kimi Qərb tankları ilə müqayisədə T-14 sanki kosmik gəmidir. O qədər mürəkkəbdir ki, ekipaj onu idarə etməkdə çətinlik çəkir.

VT4(MBT-3000)
VT4(MBT-3000)

Qələbə Günü paradının məşqində «Armata» Qızıl Meydandan keçərkən mühərriki qəfil sönmüşdü. Yalnız istehsal olunduğu «Uralvaqonzavod»dan daha təcrübəli maşinist gəldikdən sonra tankı işə salmaq mümkün olmuşdu.

Çinin VT-4 tankını istehsal edən «Norinco» şirkəti bildirir ki, VT-4-də heç vaxt belə hadisə baş verməz. Şirkətə görə, yeni tank almaq istəyən beynəlxalq müştərilər yalnız Rusiya və Çin istehsalı arasında seçim edə bilərlər. Doğrudan da, Qərb tankları ən son texnologiyalarla təchiz edilsələr də, model olaraq çox köhnədirlər. Əslində isə başqa alternativlər də var: Koreyanın ötən il istifadəyə verdiyi və artıq Türkiyəyə satmağa müvəffəq olduğu «K2 Black Pantera» tankı. Bir başqası,Ukraynanın 2011-ci ildə təqdimatını keçirməsinə baxmayaraq, yalnız indi istifadəyə verdiyi «BM Oplot» tankı.

UKRAYNALILAR «ARMATA»YA GÜLÜR

Rusiyanın «Armata»sını ukraynalılar gülünclə qarşılayıblar. Bloqqer Mikola Gritsenko bu tankı «yeriyən tabut» adlandırıb. Ukrayna televiziyası isə tankların qlobal reytinqini təqdim edərkən, «Oplot»u 1-ci, «Armata»nı isə 4-cü yerə layiq görüb.

«Oplot»
«Oplot»

«Oplot» tanklarından Şərqi Ukraynada rus tanklarına qarşı istifadə olunmur. «Oplot»un istehsal edildiyi «Ukroboronprom»un rəhbəri Sergei Pinkas deyir ki, «Oplot»u müharibədə istifadə etməkdənsə onu xaricə satmaq daha sərfəlidir: «Qiyməti 4.9 milyon dollardır. Onu satıb, puluna 10 ədəd T-64 tankını təmir etmək və modernləşdirmək daha yaxşıdır».

Həqiqətən də, bu il Ukrayna «Oplot»un Tailanda ixracına başlayıb və ona 39 tank satmağı planlaşdırır.

Çinin VT-4 tankına Kamerun və Pakistan maraq göstərir. Bu tank 2012-ci ildə 6 milyon dollara satılan ABŞ-ın «M1 Abrams» tankından 3 milyon dollar ucuzdur. Yeni nəsil tank üçün bu, çox yaxşı qiymətdir.

«Armata»nın qiyməti isə 7.8 milyon dollardır. Hələlik müştərisi yoxdur. Müdafiə Sənayesi Komissiyası tankın ilk ixracının 2020-ci ilə təsadüf edəcəyini proqnozlaşdırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG