Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 23:47

İlham Əliyev qonaqlara ziyafət verdi


Foto illüstrasiya

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə təkbətək görüş keçirib.

ANS-in məlumatına görə, R.T.Erdoğan İlham Əliyev və həyat yoldaşı tərəfindən qonaqların şərəfinə verilən nahar yeməyinə qatılıb. Heydər Əliyev Mərkəzində təşkil olunan ziyafətə R.T.Erdoğan həyat yoldaşı Emine Erdoğan ilə birlikdə qatılıb. Erdoğan günorta yeməyindən sonra Azərbaycan prezidenti ilə görüş keçirib.

R.T.Erdoğan gün ərzində Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov ilə də ikitərəfli görüş keçirəcək. Daha sonra I Avropa Oyunlarının açılış mərasiminə qatılacaq.

Türkiyəprezidenti mərasimdə iştirak etmək üçün Azərbaycana gələn rusiyalı həmkarı Vladimir Putin ilə də görüşəcək.

XS
SM
MD
LG