Keçid linkləri

2026, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:57

Facebook Messenger-ə ilk oyun gəldi

«Doodle Draw»
«Doodle Draw»

-

«Facebook» ötən ay «Messenger»i oyunlarla rəngləndirəcəyini açıqlamışdı.

Artıq «Facebook Messenger» üçün ilk oyun hazırlanıb.

Oyun «Doodle Draw» adlanır. Oyunda istifadəçidən maraqlı nəsə çəkmək tələb olunur. Çəkilən rəsm «Messenger»dən dosta yollanır. Dostunuz çəkdiyinizin nə olduğunu təxmin etməlidir.

Dostunuz çəkdiyiniz əşyanın nə olduğunu təxmin edə bilərsə, xallar qazanırsınız. Bu xallar sizə yeni rənglər, daha yaxşı çəkmək üçün yeni alətlər almağa imkan verir.

Oyun «Android»iOS platformaları üçün təqdim edilib.

This item is part of
XS
SM
MD
LG