Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:51

Müalicənin pulunu Azərbaycan verəcək


Hadisədən videogörüntü
Hadisədən videogörüntü

-

Azərbaycan tərəfi avstriyalı idmançının müalicə xərcini üzərinə götürür.

Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Bildirib ki, istintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş insidenti araşdırır.

«İki xanım idmançı yüngül xəsarətlər alıb. Onların vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib. Artıq əməliyyat başlayıb. Xoş olan odur ki, o xanım artıq ayaqlarını tərpədə bilir. Fikrimcə, hər şey yaxşı olacaq», - nazir bildirib.

İyunun 11-i səhər saatlarında Atletlər Kəndindin Nəqliyyat deposunda avtobus Avstriya üzgüçülük yığmasının üç idmançısını vurub.

İdmançılardan Luna Pajer və Vanessa Sahinovic dərhal xəstəxanaya yerləşdirilib. Onlar sonradan özəl tibbi təyyarə ilə Avstriyaya göndərilib. /apa/

Hadisənin videogörüntüsü
Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

XS
SM
MD
LG