Çinin daxili təhlükəsizlik xidmətinin keçmiş rəisi Zhou Yongkang ömürlük həbsə məhkum edilib.
72 yaşlı məmur rüşvətxorluq, hakimiyyətdən sui-istifadə və məxfi məlumatları yaymağa cəhddə təqsirli bilinib.
Rəsmi Sinxua agentliyinin məlumatına görə o bu ilin aprelində mühakimə olunub və təqsirini boynuna alıb.
Zhou Yongkang 2012-ci ildə pensiyaya çıxanadək Çində ən nüfuzlu adamlardan biri idi.